Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı
21:27 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,7 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Milli.Az "Report"a istinadən bildirir ki, muzdla işləyənlərin 22,1%-i təhsil, 19,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə-sosial təminat, 6,1%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 499,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR