Bakı və Şabranda yanğın hadisəsi qeydə alınıb.
Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Şabran rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.