"Rəcəb İvedik 5"in ağlasığmaz gəliri

"Rəcəb İvedik 5"in ağlasığmaz gəliri
22:05 11 Aprel 2017
159 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu ilin fevralın 16-dan etibarən yayımlanan "Rəcəb İvedik 5" filmi izlənmə rekordu qırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, filmin müəllifi və aktyoru Şahan Gökbakarın son filmini 8 hafta boyunca toplam 7 milyon 217 min insan izləyib.

Əgər adıçəkilən ekran işinə 152 min insan daha baxarsa, o zaman film bir il əvvəlki "Rəcəb İvedik 4"ün rekordunu da keçəcək. Belə ki, "Rəcəb İvedik 4" 20 hafta boyunca toplam 7 milyon 369 min nəfər tərəfindən izlənilib.

Onu da əlavə edək ki, komediya aktyorunun son filmindən qazandığı pul da dodaq uçuqladıb. Belə ki, Şahanın "Recep İvedik 5"dən 85 milyon lirə qazandığı bildirilir.

Qeyd edək ki, filmin treyleri yayımlanar-yayımlanmaz "Recep İvedik"in azərbaycanlı idmançını bir zərbə ilə nokauta salması səhnəsi hər iki ölkədə etirazlara səbəb olmuşdu. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq, filmdən azərbaycanlı idmançı ilə bağlı səhnənin çıxarıldığını qeyd etmişdi. O, Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR