“Xəzərdən başlayan səyahət”in növbəti dayanacağı Şirvan oldu

“Xəzərdən başlayan səyahət”in növbəti dayanacağı Şirvan oldu
22:19 11 Aprel 2017
147 Digər
Ölkə mətbuatı
A- A+

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin davamı olaraq Şirvanda konsert keçirilib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, konsertdə yerli və respublikanın incəsənət ustaları, rəqs qrupları və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Müşviq Abbasov və Çoşqun Rəhimov iştirak ediblər. 

 

Konsertdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanma mərasiminin görüntülərini əks etdirən videosüjet nümayiş etdirilib.

 

Konsert atəşfəşanlıqla başa çatıb.

 

Azərbaycan ərazisini əhatə edən və “Xəzərdən başlayan səyahət”in növbəti dayanacağı 13 aprel tarixində Sabirabad rayonu olacaq. Sabirabad rayonunda Kür və Araz çaylarının qovuşduğu Suqovuşan kəndində baş tutacaq su götürmə mərasimindən sonra rayon mərkəzində “Su festivalı” keçiriləcək.

 

Qeyd edək ki, “Xəzərdən başlayan səyahət” marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271938

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR