Gəncədə partlayış baş verib, qadın yaralanıb

Gəncədə partlayış baş verib, qadın yaralanıb
22:27 11 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə qorxulu partlayış olub

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncə şəhəri, 4-cü mikrorayon, bina 4 a, mənzil 28-də yaşayan 57 yaşlı Rəqibə Musayeva yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onun binada qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət aldığı bildirilir. Qadının deməsinə görə, birinci mərtəbədə qeydə alınan partlayışın gücündən mənzilindəki bacanın qapağı qopub və onun başına düşüb.

Sağ əlin barmağının travmatik əzilməsi və başın təpə nəhiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan Rəqibə Musayevaya lazımi tibbi yardım göstərilib və o, ambulator müalicəyə buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR