“Borussiya”nın avtobusu partladı, ispan futbolçu yaralandı

“Borussiya”nın avtobusu partladı, ispan futbolçu yaralandı
22:49 11 Aprel 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb alman klubunun avtobusunun dayandığı yerin yaxınlığında bomba partamasıdır.

 

Yerli hüquq-mühafizə orqanları insidenti təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı bir nəfər xəsarət alıb. BBC yaralanan şəxsin dortmundluların müdafiəçisi Mark Bartra olduğunu bildirib.

 

İspan futbolçu artıq xəstəxanaya aparılıb.

 

Artıq klubdan bununla bağlı rəsmi açıqlama da verilib: “Oyunçularımız hamısı təhlükəsiz ərazidədi. Xahiş edirik sakitliyinizi qoruyasınız. Hazırda stadionda təhlükəsizlik xidmətinin əməkdaşları var. Daha sonra əlavə məlumatlar veriləcək”.

 

Matç isə təxirə salınıb və sabah saat 20:45-da oynanılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR