İraq Mosulun qərbini vurdu:

İraq ordusuna məxsus hərbi təyyarələr Mosulun qərbində məskunlaşan İŞİD-in mövqelərini hədəf alıblar.

Metbuat.az-ın məlumatına görə, hücum nəticəsində 13 İŞİD terrorçusu öldürülüb.

İraq Müdafiə Nazirliyinin son bəyanatında terror qruplaşmasının məhəllələrarası logistika dəstək xətlərinin vurulduğu da qeyd olunub.

İraqın baş naziri Heydər əl-İbadi 19 fevralda Mosulun qərb ərazilərinin İŞİD-dən geri almaq üçün hərbi əməliyyata başladıqlarını elan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR