Gəncədə yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Partlayış zamanı 1960-cı il təvəllüdlü Rəqibə Musayeva müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. (APA)