Civzələrdən əziyyət çəkənlər mütləq oxusun

Civzələrdən əziyyət çəkənlər mütləq oxusun
08:27 12 Aprel 2017
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikalı bir qrup alim dəridə iltihablı xəstəliklərin, xüsusilə də civzələrin yaranmasının əsas səbəbini müəyyən edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aparılan təhlillər nəticəsində məlum olub ki, üzdə civzələrin yaranması xüsusi bakteriyalardan yox, üz dərisinin ümumi mikroflorasından asılıdır.

Müəlliflər qeyd edir ki, civzələrin qarşısının alınması üçün antibiotiklər vasitəsilə mikrofloranı məhv etmək yox, dəridə mikroorqanizm balansının saxlanmasına çalışmaq lazımdır.

Civzələrlə gənc yaşda insanların 80-85 faizi qarşılaşır. Bugünədək onların yaranma səbəbi tam məlum olmayıb.

Mütəxəssislər əsas səbəblər arasında maddələr mübadiləsinin pozulmasını, hormonal dəyişiklikləri və dərinin bakterial çirklənməsini göstərirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/534253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR