Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan dördotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 3 m2 sahədə və 1 ədəd kondisioner yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az