Bu şəxslərin maaşlarına ayrılan əlavənin həcmi artırılıb

Bu şəxslərin maaşlarına ayrılan əlavənin həcmi artırılıb
08:42 12 Aprel 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"na dəyişiklik edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dəyişiklik Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi qaydası ilə bağlıdır.

İndiyə qədər Gömrük inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənib. Dəyişikliyə əsasən bundan sonra həmin vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR