Bartranın vəziyyəti qorxulu deyil

Bartranın vəziyyəti qorxulu deyil
09:17 12 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Klub avtobusunun yaxınlığında baş vermiş partlayış nəticəsində yaralanan Dortmund "Borussiya"sının müdafiəçisi Mark Bartranın vəziyyətinə aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, futbolçunun vəziyyəti qorxulu deyil. 

İnsidentdən dərhal sonra Bartra xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin müdaxiləsindən sonra onun əlinin kəsildiyi və şok keçirdiyi məlum olub. Həkimlər narahatçılıq üçün əsas olmadığını bildiriblər. 

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçirilməli olan "Borussiya" - "Monako" oyunundan öncə Dortmund klubunun futbolçularını oyuna aparan avtobusun yaxınlığında 3 bomba partladılıb. Partlayış "Siqnal İduna Park" stadionundan 10 kilometrlik məsafədə törədilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR