Avropanın ən məhsuldar komandası - Azərbaycan

Avropanın ən məhsuldar komandası - Azərbaycan
10:22 12 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə AVRO-2018-in əsas mərhələsinə yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda çıxış edən 28 komanda 7 qrupda mübarizə aparıb.

Yer aldığı B qrupunda bütün oyunlarda qələbə qazanan Azərbaycan millisi mərhələni bir neçə rekordla başa vurub.
 
Belə ki, yığmamız seçmə oyunlarda 100 faizlik nəticə göstərən 5 komandadan biri olub. Biro Jadenin baş məşqçisi olduğu millimiz Ukrayna, Portuqaliya, Qazaxıstan və Rusiya ilə birlikdə mütləq rekorda imza atıb. Onların hamısı 3 oyunda 9 xal toplayıb.
 
Millimizin daha bir rekordu məhsuldarlıqda qeydə alınıb. Bosniya və Herseqovinanı 5:4, Albaniyanı 5:0, Macarıstanı 6:1 hesabı ilə yenən komandamız mərhələni 16 qolla bitirib. Bununla da millimiz Avropanın ən məhsuldar komandası adını qazanıb. İspaniya 14 qolla 2-ci olubsa, Çexiya ilə Bosniya və Herseqovina hərəyə 12 dəfə fərqlənib.
 
Ümumiyyətlə Bakıdakı B qrupu mərhələnin ən məhsuldar matçlarına meydan olub. Bakı İdman Sarayında keçirilən 6 görüşdə 44 qol vurulub. Bu da AVRO-2018-in bu mərhələsində rekorddu. Orta məhsuldarlıq
7,33-ə bərabər olub.
 
Təəssüf ki, 16 qol vuran komandamız müdafiə xətti və qapıçısı ilə öyünə bilməz. 5 top buraxan milli bu göstəricidə 8-ci olub. Müqayisə üçün qeyd edək ki, Qazaxıstanla Rusiya ümumiyyətlə qol buraxmayıb.
 
Yığmamız top fərqində 2-ci yerə şərik olub. İspaniya +13-ə imza atıbsa, millimizlə Qazaxıstanda bu rəqəm +11-ə bərabərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR