Enrike: "Cavab oyununda 4 qol vura bilərik"

Enrike: "Cavab oyununda 4 qol vura bilərik"
10:47 12 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bu matç PSJ ilə oyunların davamı kimi oldu. Eyni kabusu yenə yaşadıq. Baş məşqçi olaraq, bu hiss mənim üçün çox ağırdır. İlk hissədəki oyunumuz fəlakət idi. "Necə belə oynadıq" fikrini ağlımdan çıxara bilmirəm.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a 0:3 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, cavab qarşılaşmasında 4 qol vura biləcəklərini söyləyib:

"Birinci hissəni "Yuventus"a hədiyyə etdik. İkinci hissədə daha yaxşı oynamağa başladıq. Ancaq şans bizim tərəfimizdə deyil. Əgər "Barselona" öz səviyyəsinə göstərsə, cavab görüşündə 4 qol vura bilər".

Qeyd edək ki, "Barselona" 1/8 finalın ilk oyununda PSJ-yə 0:3 hesabı ilə uduzmuşdu. Kataloniya klubu cavab matçında 6:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR