Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyadakı "Əş-Şayrat" aviabazasına raket hücumunu beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, beynəlxalq təşkilatlar ABŞ-ın bu təşəbbüsünü qınasa da, “Çin oyuncaqı” kimi yalnız başını yelləyir və heç bir tədbir görmür:
"ABŞ Suriyaya endirdiyi raket hücumunun kimyəvi silahları məhv etmək üçün atdığı addım olduğunu iddia etsə də, Suriyanın kimyəvi silahdan istifadə etdiyini sübut edən heç bir sənəd təqdim etmiyib. Bu, açıq-aydın beynəlxalq hüququn pozulmasıdır".
Putin xatırladıb ki, bu, ABŞ-ın ilk belə hərkəti deyi. 2003-ci ildə ABŞ kifayət qədər bəhanə uyduraraq Əfqanıstana hücum edib. Hücum nəticəsində ölkə darmadağın olub, günahsız insanlar həyatını itirib. Məhz bu hücumdan sonra müxtəllif terror təşkilatları yaranmağa başlayıb.
Xəyalə Xatun / Metbuat.az