Vüqar Səfərli: “Jurnalistlərin evləri Mətbuat Günü ərəfəsində verilə bilər”

Vüqar Səfərli: “Jurnalistlərin evləri Mətbuat Günü ərəfəsində verilə bilər”
10:53 12 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

“Jurnalistlər üçün inşa edilən binada evlərin paylanılması bu il üçün gözlənilir”.

Bunu Publika.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

V.Səfərli deyib ki, sözügedən evlərin jurnalistlərə paylanılması 22 iyul Milli Mətbuat Günü ərəfəsində ola bilər:

“Evlərin verilməsi ilə bağlı tələb olunacaq sənədlərin toplanılması işinə isə elan veriləndən sonra başlanılacaq. Hələlik bu barədə konkret söhbət yoxdur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/194726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR