Türkiyənin Zonquldağ əyalətində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az bildirir ki, hadisə Ereğli mahalında qeydə alınıb. Yolu keçmək istəyən 5 yaşlı uşaq "TIR" markalı yük avtomobilinin altında qalaraq həyatını itirib. Onun cəsəbi tibbi müayinədən sonra ailəsinə təhvil verilib. "TIR"-ın sürücüsü nəzarət altına götürülüb. Faktla bağlı araşdırma davam etdirilir.
Orxan / Metbuat.az