Lalə: "Ata-analarına heç baxmırlar..."

Lalə: "Ata-analarına heç baxmırlar..."
11:32 12 Aprel 2017
118 Şou
Ölkə mətbuatı
A- A+

Ailəsinə, bacı-qardaşına, dostlarına yararlanan insan Allahın sevdiyi bəndəsidir. Yalandan əzizinə canım deyib, nə xəstələnəndə, nə xeyrində, nə şərində heç nə etməyən insan bu həyatda nəyə lazımdır?

Milli.Az axşam.az-a istnadən xəbər verir ki, bu sözləri aparıcı Lalə Əlimuxtarova deyib. 

Bir müddət əvvəl atasını itirən aparıcı təəssüratlarını bölüşüb:

"Belələri bədbəxt insandır. Övlad ata-anasının yaşayışını, xəstəliklərini görüb yaxın durmursa, yaxşı övlad sayıla bilər? Min şükür, biz ata-anamıza layiqli övladlar olduq. Əlimizdən gələni etdik. Son mənzilə belə başı uca yola saldıq. Kiməsə möhtac olmadıq.

Şükür sənə, ya rəbbim. Elə ailələr var ki, özlərini göylə aparır, guya bunlardan yoxdur. Hərəsi özü üçündür, nə anaya, nə ataya dayaq deyillər. Nə maddi, nə mənəvi... Belələri heç vaxt nə xeyir tapar, nə də mükəmməl ola bilərlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR