Ailəsi itən 11 yaşlı qızlarının QARA XƏBƏRini aldı - FOTO

Ailəsi itən 11 yaşlı qızlarının QARA XƏBƏRini aldı - FOTO
11:52 12 Aprel 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

11 yaşlı Ebba Akerlundun itməsi barədə polisə məlumat verilmişdi, ailəsi bir müddət sonra onun ölüm xəbərini alıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, o, Stokholmda yük maşını ilə törədilən terrorun qurbanı olub.

Ebba dərsdən evə gedərkən insanların üzərinə hərəkət edən yük maşınının altında qalıb.

Ebbanın ailəsi hadisədən sonra polisə onun itməsi barədə məlumat verib, həm də sosial şəbəkələrdə elan yayıb.

İsveç mətbuatının yazdığına görə, onun cəsədi terrorda ölənlərin cəsədlərinin arasında olub.

11 yaşlı qızın ölümü ailəsini və ölkəsini yasa boğub.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR