Azərbaycanlı hakim final görüşünü idarə etdi

Azərbaycanlı hakim final görüşünü idarə etdi
12:52 12 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Çex Respublikasının Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu mötəbər yarışda ölkəmizi cüdoçularımızla yanaşı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli də təmsil edib. Bir çox vacib qarşılaşmaları idarə edən ədalət təmsilçimiz, 48 kq çəki dərəcəsində qadınların final görürüşünün əsas hakimi olub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunurdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR