“Huffington Post”: "Azərbaycan dinlərin birgə mövcudluğunun ən yaxşı nümunələrindən biridir"

“Huffington Post”: "Azərbaycan dinlərin birgə mövcudluğunun ən yaxşı nümunələrindən biridir"
13:05 12 Aprel 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan dinlərin birgə mövcudluğunun ən yaxşı nümunələrindən biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu "Salaam Şalom Bacıları İttifaqı" nümayəndələrinin Azərbaycana səfəri haqqında "Huffington Post" qəzetində dərc olunmuş məqaləsində yer alıb.

Şimali Amerikada fəaliyyət göstərən, müsəlman və yəhudi qadınlardan ibarət "Salaam Şalom Bacıları İttifaqı"nın məqsədi dinlərarası münasibətləri yaxşılaşdırmaqdır.

Məqalədə qeyd olunur ki, müsəlman ölkəsi olan Azərbaycanda 2500 ildən çoxdur ki, yəhudi icması yaşayır. Yəhudilər burada müsəlmanlarla razılıq içərisində yaşayır, sünnilər şiələrlə birgə dua edir. Azərbaycana səfər etmiş təşkilat nümayəndələri bu gün dünyada fikir ayrılıqlarının mövcud olması şəraitində bir ölkədə dinlərarası münasibətlərin öz müxtəlifliyini qoruyub saxladığını görmək istədiyini bildirib.

Müəllif yazır ki, nümayəndə heyəti bu suala cavab tapa bilib: "Biz bir-birimizə nifrət etmək üçün doğulmamışıq. Azərbaycan elə ölkədir ki, onun vətəndaşları bir-biri ilə həmrəylik şəraitində yaşayırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR