"Artıq Avropa "Yuventus"a hörmət edir"

"Artıq Avropa "Yuventus"a hörmət edir"
13:12 12 Aprel 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Barselona" ilə oyundan sonra (3:0) fikirlərini bölüşüb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunları deyib:

"Həm müdafiə, həm də hücumda əla oyun göstərdik. Bu, yarımfinala doğru atılan ilk addımdır. Cavab görüşü tam fərqli olacaq. Barselonada qol vurmaq lazımdır. Mən praqmatik düşünürəm və realistəm. Son illərdə xeyli irəli getmişik. Artıq Avropa "Yuventus"a hörmət edir.

Komandanın sükanı arxasında olduğum müddətdə ən yaxşı nəticə budur. Futbolçularım azarkeşlərin zövqünü oxşadı və yaxşı nəticə qazandılar. "Peskara" ilə oyuna hazırlaşmaq lazımdır. Heyətimiz dərin olduğundan həmin görüşdə başqa oyunçulara şans verə biləcəm. Dibalanın hücumda əla oynadığını qeyd etməliyəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR