Yüksək vəzifəli məmur işdən çıxarıldı

ABŞ-ın Alabama ştatının 74 yaşlı qubernatoru Robert Bentlinin evlilikdən kənar münasibətləri böyük qalamaqal yaradıb.

Metbuat.az bildirir ki, buna görə qubernator istefa verib. O, baş verən prosesləri belə şərh edib: "Siyasi fəaliyyətim boyunca bəzi uğursuzluqlarım olsa da, mən həmişə cəmiyyətin ümidlərini doğrultmağa çalışmışam".

İstefa verən Robert Bentlinin yerinə onun müavini Key Ayvi yeni qubernator olub.

Evlilikdən kənar münasibətlərini aradan qaldırmaq üçün qubernatorluq vəzifəsindən və seçki fondunun vəsaitlərindən sui-istifadə edən Bentlini həyat yoldaşı da ondan boşanıb.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR