Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron yaşıl meydanlara qayıdıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunda "Barselona" (Ekvador) ilə oyunda "Estudiantes"in start heyətində meydana çıxıb.
Bu klubun həm də prezidenti olan Veron 59-cu dəqiqədə əvəzlənib. Argentina təmsilçisi oyunda 0:2 hesabı ilə məğlub olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində