Millimiz 3 qələbəylə 4 xal qazandı

Millimiz 3 qələbəylə 4 xal qazandı
14:12 12 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AVRO-2018-in dünən başa çatan əsas mərhələsinin seçmə oyunlarından sonra siyahıda cüzi dəyişikliklər olub.

Lakin bu dəyişikliklər, əsasən, xal hesablarında əksini tapıb. Mövqe dəyişiklikləri isə liderlərdən yan ötüb. Yəni planetin 10 ən güclü komandasının mövqeyi dəyişməz qalıb.
 
Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Lakin yığmamız aktivini 4 xal artırıb. Buna səbəb Biro Jadenin yetirmələrinin Bakıda təşkil olunan qarşılaşmalarda qələbələri sıralamasıdı. Bosniya və Herseqovinanı 5:4, Albaniyanı 5:0, Macarıstanı 6:1 hesabı ilə yenən millimiz 3 matçda qalib gəldiyindən 4 xal əldə edib.
 
Nəticədə millimizin xal hesabı 1437-dən 1441-ə qalxıb. Artıma baxmayaraq yığmamız hələ də planetin 10-cusudu.
 
Bakıda millimizin rəqibi olmuş komandalardan Macarıstan 1 xal əldə edib. Onlar indi 1177 xalla 32-cidi. Eyni qazanc əldə edən Bosniya və Herseqovina 1114 xalla 38-ci yerdə qalıb. 6 xal itirən Albaniya 1 pillə geriləyib. 837 xala malik rəqibimiz 78-ci yerdədi.
 
İlk "onluq"
1. Braziliya - 1909
2. İspaniya - 1891
3. Rusiya - 1765
4. Argentina - 1716
5. İtaliya - 1626
6. İran - 1593
7. Portuqaliya - 1574
8. Ukrayna - 1488
9. Qazaxıstan - 1455
10. Azərbaycan - 1441

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR