Putin İdlibdəki kimyəvi hücumun əsas versiyalarını AÇIQLADI

Putin İdlibdəki kimyəvi hücumun əsas versiyalarını AÇIQLADI
14:39 12 Aprel 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

“Suriyanın İdlib əyalətində baş vermiş kimyəvi hücumla bağlı iki əsas versiya var”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində deyib. 
 
"Burada bir neçə versiya mümkündür. Onlardan ikisini əsas versiya hesab edirəm. Birinci versiya, Suriya aviasiyasının raketlərinin terrorçuların zəhərləyici maddələrin istehsalı ilə bağlı yeraltı sexlərinə düşməsidir. Bu, mümkündür. Ona görə ki, terrorçular dəfələrlə bu zəhərli maddələrdən istifadə ediblər. İraqda terrorçular beynəlxalq koalisiyaya və İraq ordusuna qarşı da bu vasitələrdən istifadə ediblər. Lakin heç kəs bunu görmək istəmir, bu məsələ ilə bağlı səs-küy salmır. Baxmayaraq ki, hər kəs terrorçuların zəhərli maddələri tətbiq etdikləri ilə bağlı razılaşıb. Demək, onlarda zəhərli maddələr var. Əgər İraqdakı terrorçularda varsa, niyə Suriyada ola bilməz? Onlar ki, bir bandanın üzvləridir”, - deyə o vurğulayıb.  
 
İkinci versiyaya gəldikdə isə Putin bunu qurama, təxribat adlandırıb: “Bunu qəsdən ediblər ki, səs-küy qaldırsınlar, Suriyanın qanuni hakimiyyətinə qarşı əlavə təzyiq göstərmək üçün bəhanə yaratsınlar. Bütün bunlar yoxlanılmalıdır. Yoxlanılmadan Suriyanın rəsmi hakimiyyətinə qarşı hansısa addımların atılmasını mümkün hesab etmirik". 
 
Moskvanın Suriya hakimiyyətinə qarşı hansısa addım atmayacağını deyən Putin rəsmi Dəməşqin kimyəvi silahların ləğvinə dair bütün öhdəlikləri yerinə yetirdiyini bildirib: "Əgər şübhə varsa, yoxlama aparmaq olar". 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR