Türkiyədə terror həyəcanı, qatar boşaldıldı

Türkiyənin İzmir şəhərində Əliağa-Cumaovası səfrinə çıxan şəhərətrafı qatar bomba təhlükəsi səbəbiylə boşaldılıb.

Metbuat.az bildirir ki, qatarın hərəkəti Torbalı mahalında dayandırılıb və sərnişinlər evakuasiya olunub. Qatarda bomba olduğu ehtimalını isə sərnişinlərdən biri xəbər verib. O, içəridə şübhəli bir paket gördüyünü deyib.

Hadisə yerinə cəlb olunan mütəxəssislər məsələni araşdıraraq təhlükə üçün səbəb olmadığını qeyd ediblər. Qatarın hərəkəti bərpa olunub.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR