Afina ABŞ-a İncirlikdən çıxmağı təklif etdi

Afina ABŞ-a İncirlikdən çıxmağı təklif etdi
16:38 12 Aprel 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Müdafiə Nazirliyi ABŞ-la Türkiyədən hərbi bazanın Krit adasına köçürülməsi və adadakı Amerika bazasının genişləndirilməsini müzakirə edir.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə yunan hərbi müəssisəsindəki mənbə bildirib.

Krit adasındakı "Akrotiri" aerodromunda ABŞ-a məxsus hərbi-dəniz bazası bu ölkənin Aralıq dənizində əsas dayaq məntəqələrindən biridir.

“Biz istəyirik ki, ABŞ bazası İncirlikdən Kritə köçürülsün. Bu bizim maraqlarımıza cavab verir. Biz Türkiyədən asılı olmayacağıq. Bu həmçinin Türkiyəni zəiflədəcək. Ankaranın siyasətinin əvvəlcədən müəyyən etmək çətindir. Heç kim prezident Rəcəb Tayyib Ərdoğan hansı hərəkətə təşəbbüs edə biləcəyini bilmir”, - mənbə deyib.

Onun sözlərinə görə, Ankara İncirliyə girişi bağlayacağını bildirərək ABŞ-ı daim şantaj edir.

Qeyd edək ki, İncirlik təyyarə bazası regionda ABŞ və NATO-nun əsas bazalarından biridir.

Bir neçə gün əvvəl İsrail kəşfiyyatına (MOSSAD) yaxınlığı ilə tanınan “Debka” saytı bildirib ki, ABŞ Türkiyənin Adana vilayətindəki İncirlik hərbi hava bazasını tərk etməyə hazırlaşır. Saytın yazdığına görə, ABŞ İncirlik əvəzinə Suriyanın şimalında qurulan 5 hərbi hava bazasına yerləşməyi planlaşdırır. Bazalardan ikisi Kamışlı, digərləri isə Rimeylan, Tabka və Kobanidə yeləşir. Bütün bazalar istifadə üçün hazır vəziyyətə gətirildikdikdən sonra ABŞ Suriyada əməliyyatları iki dəfə artıracaq.

Daha əvvəl yayılan məlumata görə, NATO missiyası çərçivəsində İncirlik bazasında yerləşdirilən Almaniyanın kəşfiyyat təyyarələrinin Cənubi Kipr və İordaniyadakı bazalara köçürülməsi planlaşdırılır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR