Bakıda bina uçdu: 2 ölü, 4 yaralı

Bakıda bina uçdu: 2 ölü, 4 yaralı
16:53 12 Aprel 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində bina uçub.

Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR