Elmar Məmmədyarov xorvatiyalı nazirlərlə görüşdü - FOTO

Elmar Məmmədyarov xorvatiyalı nazirlərlə görüşdü - FOTO
18:22 12 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Davor İvo Stier ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, D.İ.Stier dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının məmnunluq doğurduğunu, xüsusilə enerji sektorunda əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. D.İ.Stier həmçinin mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın rolunu xüsusi qiymətləndirdi.

Elmar Məmmədyarov enerji sahəsində əməkdaşlığa toxunaraq, TAP layihəsi barəsində yeniliklərlə D.İ.Stieri məlumatlandırdı. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirən E.Məmmədyarov bu xüsusda dəniz gəmiçiliyi, gəmiqayırma, eləcə də dərman istehsalı sahəsində əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı ola biləcəyini vurğuladı.

4-6 may 2017-ci il tarixində Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunda Xorvatiyadan olan nümayəndələrin iştirakına ümidvar olduğunu bildirdi.

Elmar Məmmədyarov Xorvatiya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür etdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR