Aydın Əliyev GUAM-ın baş katibi ilə görüşdü

Aydın Əliyev GUAM-ın baş katibi ilə görüşdü
18:33 12 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Dövlət Gömrük Komitəsinin sədri (DGK) Aydın Əliyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.

DGK Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, A.Əliyev Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib və əməkdaşlıq münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır.

A.Əliyev indiyədək Bakı şəhərində GUAM çərçivəsində bir çox tədbirlərin keçirildiyini, həmçinin təşkilatın Ticarət və Nəqletməyə Yardım layihəsinin gömrük və sərhəd sahəsində bir sıra planların gerçəkləşdirilməsində, onların fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsində region üçün etibarlı platforma kimi çıxış etdiyini vurğulayıb.

GUAM-ın baş katibi Azərbaycanın təşkilata üzv olan dövlətlər arasında bütün sahələrdə, eləcə də gömrük sahəsində əməkdaşlığın inkişafına töhfəsini məmnunluqla qeyd edib. Ticarət və Nəqletməyə Yardım layihəsinin üzv ölkələr qarşısında mühüm vəzifələr qoyduğunu söyləyən baş katib vurğulayıb ki, sözügedən layihə üzrə məsələlərin həlli müvafiq orqanlar arasında əlaqələri möhkəmləndirib, bu əlaqələr istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə töhfəsini əsirgəməyib.

Görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin perspektiv inkişafı müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR