Putin üçün yeganə YOL, ABŞ-Rusiya qarşıdurması Qarabağda... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Putin üçün yeganə YOL, ABŞ-Rusiya qarşıdurması Qarabağda... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 12 Aprel 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriyada hərbi bazanı bombalaması Ermənistanda ciddi qorxuya səbəb olub. ABŞ Müdafiə Nazirliyi Suriyaya hərbi müdaxilə anonsunu verib. Moskvada Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin başçıları Sergey Lavrov və Reks Tillerson arasında danışıqlar keçirilib. Aprelin 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin Bişkekdə qeyri-formal görüşü keçiriləcək. Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Gömrük Kodeksini imzalayıb.

Aprelin 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin Bişkekdə qeyri-formal görüşü keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti Dmitri Peskov deyib.

Peskov həmçinin, Bişkekdə Avrasiya İqtisadi İttifaqının da iclasının keçiriləcəyini açıqlayıb. Lakin Kremlin sözçüsü toplantılarda konkret nələrin müzakirə ediləcəyi haqda məlumat verməyib.

Avrasiya İqtisadi İttifaqında Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya təmsil olunur. KTMT-də isə Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanla yanaşı, Tacikistan da yer alır.

Bişkek toplantısı KTMT-yə yeni sədrin seçilməsi baxımından əhəmiyyətlidir. Təşkilatın keçmiş sədri Nikolay Boryuja səlahiyyətlərini bu ilin 1 yanvar tarixində müavini Valeri Semerikova həvalə etdi. Halbuki, KTMT-yə sədr ötən ilin oktyabr ayında İrəvanda keçirilən toplantıda seçilməli idi. Əlifba sırasına görə yeni sədr Ermənistandan olacaqdı. İrəvan üçün KTMT-yə baş katibin erməni olması iki aspektdən önəmlidir.

İki gün sonra Ermənistana vurulacaq zərbə: Bakıda hazırlanan SÜRPRİZ

ABŞ-ın Suriyada hərbi bazanı bombalaması Ermənistanda ciddi qorxuya səbəb olub. İrəvan Suriyada ABŞ-Rusiya qarşıdurmasının Dağlıq Qarabağda Ermənistanın xeyrinə olmayana nəticələrə səbəb olacağını hesab edir.

“Lragir” saytı yazır ki, Suriyada qarşıdurma dalğası Cənubi Qafqaza çata bilər.

Trampın addımları Ermənistanı QORXUYA SALDI – Rusiya bölgəyə ordu yeridir

Moskvada Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin başçıları Sergey Lavrov və Reks Tillerson arasında danışıqlar keçirilib. Görüşdən əvvəl Lavrov ABŞ-ın Suriyaya raket zərbələrini beynəlxalq hüququn pozunması adlandırıb. O bildirib ki, Moskva konstruktiv və bərabərhüquqlu əsaslarla ABŞ-la əməkdaşlıq imkanının olduğunu təsdiq edir. O həmçinin vurğulayıb ki, ABŞ-ın ikitərəfli və beynəlxalq problemlər üzrə bu yaxınlarda verdiyi bəyanatlarla bağlı Moskvada bir çox suallar var.

Reks Tillerson isə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə olmasının ABŞ maraqlarına zidd olduğunu söyləyib: “Əsədin hakimiyyəti sona çatmalıdır. Bu mövzuda digər ölkələr də bizə dəstəkdir. Əsəd öz xalqınının məhvinə davam edir”.

Rusiya və ABŞ arasında Suriyaya dair milli maraqlara cavab verən əlverişli sövdələşmə əldə olunmazsa, Rusiya təcrid edilə bilər. Bunu brifinqdə Ağ Evin nümayəndəsi Şon Spayser deyib.

“Milli maraqlarımıza cavab verməyən sövdələşməyə imza atmayacağıq. Bu halda Rusiya təcrid ediləcək”, - deyə o qeyd edib.

Donald Trampın prezidentliyi dövründə Vaşinqtonla işgüzar, özəlliklə, hərbi səviyyədə inam yaxşılaşmayıb, əksinə, deqradasiyaya məruz qalıb. Bunu MİR televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

Qeyd edək ki, ABŞ-ın Suriya ordusuna məxsus Şayrat bazasını vurmasından sonra Rusiya-Amerika münasibətləri gərginləşib. Moskva artıq ABŞ-la Suriyada hərbi fəaliyyətlərin koordinasiyası haqqında razılaşmadan imtina edib.

Əsəd yenidən kimyəvi silah istifadə edəcək. Bunu ABŞ-ın Suriyadakı son səfiri Robert Stefen Ford ABŞ-ın Şayrat hücumu haqda CBS kanalına danışarkən deyib. Səfir Suriyada Əsəd rejiminə qarşı mübarizənin davam etdirilməsinin vacib olduğunu bildirib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə söyləyib ki, Rusiya Suriya rejimi və onun kimyəvi hücumlarını qorumaqla öz simasını itirir. “Biz Rusiyaya öz simasını qorumaqdan ötrü şans veririk. Moskva Əsədlə bizim aramızda seçim etməlidir”, – deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp "Fox Business"ə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsədi dəstəkləməsini pisləyib. "Putin Bəşər Əsədi dəstəkləyir, hansı ki, bu insan həqiqətən də pis insandır. Mən düşünürəm ki, bu Rusiya üçün çox pisdir. Mən düşünürəm ki, bu bəşəriyyət üçün çox pisdir. Bu bizim dünyamız üçün çox pisdir. Rusiya o heyvana (Bəşər Əsədə) dəstək verməsəydi, problemlər bu qədər dərinləşməzdi", - o deyib.

“Bəşər Əsədin kimyəvi silah istifadə etməsinə maneə törədəcək ən təsirli üsul hərbi müdaxilədir”. Bunu ABŞ müdafiə naziri Ceyms Mettis ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandiri Cozef Votellə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) keçirdiyi mətbuat konfransında deyib.

Müdafiə naziri bildirib ki, Suriyanın İdlib vilayətində kimyəvi silah hücumunun Suriya rejimi tərəfindən həyata keçirildiyinə dair heç şübhə yoxdur.

Trampı rəsmən sildilər: Pentaqondan hərbi müdaxilə ANONSU

“Rossiya 24” televiziyasına müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu hədələyi tonda bəyanatla çıxış edib. O, Rusiyanın strateji xarakterli raket qüvvələrinin raket buraxma qurğularının 99 faizinin döyüş hazırlığı vəziyyətində olduğunu deyib. O, strateji xarakterli raketlərdən 96 faizinin daim dərhal buraxılmağa hazır vəziyyətdə saxlanıldığını bildirib. Şoyqu həmçinin Rusiya Hərbi Kosmik Qüvvələrinin 66, ümumilikdə isə ordunun 58,3 faizinin müasir texnika ilə təchiz olunduğunu qeyd edib.

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Gömrük Kodeksini imzalayıb. “Təsdiq edə bilərəm ki, dövlət başçısı Gömrük Kodeksi də daxil olmaqla, sənədlər paketini imzalayıb”, - ölkə başçısının mətbuat katibi Natalya Eysmont bildirib.

Xatırladaq ki, 2016-cı ilin dekabrında Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının dövlət başçıları səviyyəsində Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib. Gömrük Kodeksinin təsdiq edildiyi iclasda Aleksandr Lukaşenko iştirak etmirdi.

Həmin iclasda yalnız Rusiya, Ermənistan və Qazaxıstan kodeksi imzalamışdı. Qırğızıstan onun imzalamaqdan imtina edib. Gömrük Kodeksinin Avrasiya İqtisadi İttifaqı ərazisində 2017-ci ilin 1 iyul tarixindən tətbiq olunacağı gözlənilir. Bu kodeksin tətbiqindən bir il sonra – 2018-ci ildən etibarən, ittifaq ölkələrinə xarici malların internet üzərindən sifariş edilərək, vergisiz daxil olmasında azalmalar olacaq.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.

Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib.

Rusiya Dilçilik İnstitunun rəhbəri, filologiya elmləri doktoru, professor Maksim Kronqauz hesab edir ki, bu ölkənin siyasi seçimidir: “Latın qrafikalı əlifbaya keçid eyni zamanda, digər türk dillərinə və türkdilli xalqlara yaxınlaşmaq deməkdir.”

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/194805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR