Çempionlar Liqası:

Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları keçirilir.

Metbuat.az-ın məlumatına görə, terror səbəbindən bu günə təxirə salınan matçda Dortmund "Borussiya"sı "Monako"nu qəbul edib. Oyun gözlənildiyi kimi, məhsuldar alınıb.

19-cu dəqiqədə Mbappe hesabı açıb. Birinci hissənin sonlarına yaxın Bender topu öz qapısından keçirib. İkinci hissə başlar-başlamaz Dembele fərqi azaldıb. 79-cu dəqiqədə yenidən səhnəyə çıxan Mbappe dublunu rəsmiləşdirib. 84-cü dəqiqədə fərqlənən Kaqava isə yekun hesabı müəyyənləşdirib. Beləliklə, "Monako" Dortmund səfərində 3:2 hesablı qələbəyə sevinib.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

"Borussiya" (Dortmund) - "Monako" - 2:3

Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19; 79, Bender, 35 (avtoqol)

Cavab matçı bir həftə sonra Monakoda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR