5 saatlıq görüşün detalları açıqlandı

5 saatlıq görüşün detalları açıqlandı
22:58 12 Aprel 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersonla danışıqların detallarından danışıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, nazir danışıqlarda Suriya, Ukrayna və Koreya Xalq Demokratik Respublikası məsələləri, həmçinin ikitərəfli münasibətlərin müzakirə edildiyini deyib.

“Danışıqlar ətraflı və açıq alındı, mövzuların bütün spektrini əhatə etdi”, - Lavrov Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Moskva Rusiya və ABŞ-ın əməkdaşlığına mane olmaq və qarşıdurmanı kəskinləşdirmək cəhdlərini görür.

“Hesab edirik ki, bu uzağı görməyən yanaşmadır”, - Lavrov əlavə edib.

Tillerson da öz növbəsində, Rusiya və ABŞ arasında cari etibarlılıq dərəcəsini “aşağı” adlandırdı. Onun sözlərinə görə, Moskva və Vaşinqton etibarı bərpa etmək üçün hər şeyi etməlidir.

Dövlət katibi həmçinin bildirib ki, Amerika güclərinin Suriya hərbi hava bazasına zərbələri əsaslandırılmışdı.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR