İsgəndəriyyədə terror aktı törədənin kimliyi bilindi

İsgəndəriyyədə terror aktı törədənin kimliyi bilindi
23:34 12 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Misirin İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədənin kimliyi məlum olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

Məlumata əsasən, üzərindəki partlayıcı qurğunu 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla işə salıb.

 

Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.

 

Aprelin 9-da  İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45  nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR