Çempionlar Liqası:

Çempionlar Liqasında 1/4 final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Metbuat.az-ın məlumatına görə, gecənin mərkəzi matçında "Bavariya" "Real"ı qəbul edib.

25-ci dəqiqədə Arturo Vidal hesabı açıb. İlk hissənin sonunda çilili futbolçu penaltini qaçırıb. İkinci hissədə hadisələr Madrid klubunun lehinə cərəyan edib. Əvvəlcə Kriştiano Ronaldo hesaba tarazlıq gətirib. Daha sonra "Bavariya" azlıqda qalıb: Xavi Martines meydandan qovulub. 77-ci dəqiqədə isə dublunu rəsmiləşdirən Ronaldo "Real"a qələbə qazandırıb.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

"Bavariya" - "Real" - 1:2

Qollar: Vidal, 25 - Ronaldo, 47; 77

Cavab matçı bir həftə sonra Madriddə oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR