Beynəlxalq Çempionlar Kubokunun təqvimi açıqlanıb.
Metbuat.az-ın məlumatına görə, 14 klubun iştirakı ilə keçiriləcək turnirə 3 ölkə - Çin, ABŞ və Sinqapur ev sahibliyi edəcək.
Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku çərçivəsində oynanılacaq və böyük maraqla gözlənilən "Real" - "Barselona" matçının tarixi də məlum olub. "El Klasiko" iyulun 29-na təsadüf edəcək.
Turnirin təqvimini təqdim edirik:
ABŞ
19 iyul. "Roma" - PSJ
20 iyul. "Mançester Yunayted" - "Mançester Siti"
22 iyul. "Barselona" - "Yuventus"
22 iyul. "Tottenhem" - PSJ
23 iyul. "Real" - "Mançester Yunayted"
25 iyul. "Tottenhem" - "Roma"
26 iyul. PSJ - "Yuventus"
26 iyul. "Barselona" - "Mançester Yunayted"
26 iyul. "Real" - "Mançester Siti"
29 iyul. "Real" - "Barselona"
29 iyul. "Tottenhem" - "Mançester Siti"
30 iyul. "Roma" - "Yuventus"
Çin
18 iyul. "Milan" - "Borussiya" (Dortmund)
19 iyul. "Bavariya" - "Arsenal"
22 iyul. "Bavariya" - "Milan"
24 iyul. "İnter" - "Milan"
Sinqapur
25 iyul. "Çelsi" - "Bavariya"
27 iyul. "Bavariya" - "İnter"
29 iyul. "Çelsi" - "İnter"