Restorandan oğurluq etmək istəyənlər kameraya düşdü

Restorandan oğurluq etmək istəyənlər kameraya düşdü
02:59 13 Aprel 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda restorandan oğurluğa cəhd olub.

 

 Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə Yasamal rayonu ərazisində, Mirəli Seyidov küçəsi 35 ünvanında yerləşən “Damlataş” restoranında baş verib. Restorandan verilən məlumata görə, gecə saat 04.25-də iki nəfər naməlum şəxs iş vaxtı olmayan restoranın qapısını sındırmağa cəhd edib. 7 dəqiqə davam edən oğurluğa cəhd baş tutmayıb. Lakin gizli kameralar hadisəni anbaan qeydə alıb.

 

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə məlumat verilib və videogörüntülər təqdim olunub. Faktla bağlı araşdırmalara başlanılıb. İndi polis görüntülərdəki iki nəfəri axtarır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR