Ronaldudan növbəti rekord - FOTO

Ronaldudan növbəti rekord - FOTO
08:05 13 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə ilk oyununda gerçəkləşdirib.

Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştianu 2 dəfə UEFA superkubokunda qol vurub.

Qeyd edək ki, Ronaldu ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund "Borussiya"sına vurmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR