Tarixdə bu gün: 13 aprel

Tarixdə bu gün: 13 aprel
08:58 13 Aprel 2017
179 Ölkə
Ölkə mətbuatı
A- A+

1918 – Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib. Seymin azərbaycanlı fraksiyası qərara qoşulmamışdı.

Qərar formal xarakter daşıyırdı, çünki Seymin real ordu qüvvəsi yox idi.

Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başladı.

Mayın əvvəlində Zaqafqaziya hökuməti Türkiyə ilə yeni danışıqlara (Batumda) razılıq verdi.

* * *

1993 – ABŞ Dövlət Departamenti ilk gəfə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vaşinqtonun rəsmi mövqeyini açıqlayıb.

Bəyanatda ABŞ-ın Ermənistan-Azərbaycan müharibəsinin dayandırılması və ATƏT-in Minsk konfransı çərçivəsində danışıqların başlanmasına nail olmaq əzmi vurğulanırdı.

* * *

1994 – Erməni terrorçuları Azərbaycana qarşı daha bir qanlı aksiya həyata keçiriblər.

Moskva-Bakı sərnişin qatarının Dağıstan ərazisində partladılması nəticəsində 6 nəfər həlak olub.

* * *

2004 – Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə ilk rəsmi səfərə gedib.

Səfər gedişində Azərbaycanla Türkiyə arasında uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi" və digər sənədlər imzalanıb.

Azərbaycan prezidentinə Bilkənd Universitetinin (Ankara) "Fəxri doktoru" adı təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/194844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR