Qırğızıstan prezidentinin qızının FOTOLARI ölkəni bir-birinə qatdı

Qırğızıstan prezidentinin qızının FOTOLARI ölkəni bir-birinə qatdı
11:08 13 Aprel 2017
534 Şou
Ölkə mətbuatı
A- A+

Qırğızıstan prezidentinin qızının fotosu ölkəni bir-birinə qatıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstan prezidentinin qızı Aliyə Şaqiyeva uşağını əmizdirən yerdə çəkilmiş fotosunu instaqramda paylaşıb. Sosial şəbəkə istifadəçilər prezident qızının bu hərəkətinə bərk qəzəblənib. Bir qrup onu intim xarakterli foto paylaşdığını, digər qrup isə şəklini bəyəndiyini qeyd edib.

Buna cavab olaraq Aliyə dünən axşam daha açıq foto paylaşıb və yazılanlara münasibət bildirib.

Birinci səhv: qadın sinəsinin cinsəlləşdirilməsi.

İkinci səhv: valideynləri yüksək vəzifədə çalışan insanlar arasında ayrı-seçkilik.

Qadın sinəsi - mühüm funksiyası (uşağı bəslənmək) olan bədəninin bir hissəsidir, heç cür seks obyekti deyil. Qadın sinəsi bizim çoxumuzun hesab etdiyi kimi kobudluq və ədəbsizlik mövzusu ola bilməz. Artıq çoxdandır ki, insanlar onun əsl yaradılma səbəbi barədə unudub və kişilərin göz məmnuniyyəti predmetinə çeviriblər.

Cəmiyyət qadın sinəsini cəlbedicilik və seksuallıq predmetinə çevirir, sonra isə sinəsini böyütmək üçün plastik cərrahiyyə üçün müraciət edən qadınları pisləyir.

Cəmiyyət qadın sinəsini qürur və seksuallıq predmetinə çevirir, sonra isə sinəsi ilə övlad böyütmək iqtidarında olanları toyuq adlandırır.

Cəmiyyət deyir ki, analıq gözəldir, amma uşağına süd verən qadın görəndə “Fu, utanmır” deyir. Qəribədir, deyilmi

Körpəm acanda mən istənilən yerdə sinəmi aşıb ona süd verəcəyəm. İstər ictimai parkda, istər ticarət mərkəzində, maşın salonunda və ya skamyada fərqi yoxdur. Mən uşaqlarını rahatlıqla əmizdirə bilməyən analar üçün örnək olacaq, hansı ki, köhnə patriarxal cəmiyyətdə rahatlığı olmayan yerə qovulurlar.

Xatırladaq ki, ötən ilin sentyabrında Aliyə Şaqiyeva əslən rusiyalı olan proqramçını Konstantin Ryazanovla ailə qurub. Bu il martın 20-də onların Tahir adlı oğlulları anadan olub.

Aytən

Prezidentin qızı xalqın qəzəbinə tuş gəldi - FOTOLAR

Əcnəbi oğlana ərə gedən prezident qızının SEVGİ HEKAYƏSİ - FOTOLAR


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR