"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına nə qədər bilet satılıb?

"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına nə qədər bilet satılıb?
11:57 13 Aprel 2017
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına biletlərin satışına başlanıldığı martın 19-dan bu  günədək 40 mindən çox bilet satılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov bilidirib.

O qeyd edib ki, ümumilikdə yarışı izləməyə görə bütün arenalar üçün 500 min bilet satışa çıxarılıb: "Hazırda şəhərin bütün nöqtələrində bilet satışı davam edir. Açılış mərasimi üçün 30 min, bağlanışa isə 60 min bilet artıq satışdadır".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR