Türkiyədə məktəbliləri daşıyan mikroavtobus aşdı: xeyli yaralı var - FOTO

Türkiyədə məktəbliləri daşıyan mikroavtobus aşdı: xeyli yaralı var - FOTO
12:32 13 Aprel 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ağır yol qəzası baş verib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Tokatda şagirdləri məktəbə aparan mikroavtobus aşıb. Nəticədə 16 nəfər yaralanıb.

Cüneyt Aydının idarə etdiyi 60 S 0080 dövlət qeydiyyat nişanlı mikroavtobus Tokat-Sivas magistral yolunda əks yola keçdikdən sonra aşıb.

Qəza nəticəsində sürücü və 15 şagird ağır bədən xəsarətləri alıb. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb olunublar. Yaralılar yaxınlıqdakı dövlət xəstəxanalarına çatdırılıblar.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR