Meksikalı futbolçu Daniel Qomes ABŞ sərhədində saxlanılıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qomes aprelin 5-də San-Diyeqo şəhərinə gedən yolda narkotik maddə daşınmasına görə həbs olunub. Onun idarə etdiyi avtomobilin korpusu və ehtiyat təkərində 21 kq-dan çox metamfetamin aşkarlanıb.
Qeyd edək ki, Qomes, həm də ABŞ vətəndaşıdır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində