4 mlrd. manatlıq yeyib-içmişik - CƏDVƏL

4 mlrd. manatlıq yeyib-içmişik - CƏDVƏL
13:42 13 Aprel 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6% üstələyərək 7,9 mlrd. manata bərabər olub.

Milli.Az xəbər verir ki. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ticarət dövriyyəsinin 4 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7% və 2,6% üstələyib.
 
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2016-cı ilin yanvar-mart aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

7 926,1

101,6

o cümlədən:

ərzaq məhsulları, içkilər və tütün məmulatları

4 039,3

100,7

toxuculuq məhsulları, geyim və ayaqqabılar

1 401,2

103,0

elektrik malları və mebel

482,7

102,4

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

61,3

102,1

əczaçılıq və tibbi mallar

104,1

101,9

avtomobil yanacağı

389,3

99,8

digər qeyri-ərzaq məhsulları

1 448,2

103,2

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2%-i elektrik mallarının, 4,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i mebellərin, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 11,2%-i hüquqi şəxs statuslu müəssisələr, 53,4%-i fərdi sahibkarlar tərəfindən, 35,4%-i isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR