ANS-in türkə ərə gedən keçmiş aparıcısı Bakıya qayıtdı - SƏBƏB - FOTO

ANS-in türkə ərə gedən keçmiş aparıcısı Bakıya qayıtdı - SƏBƏB - FOTO
13:52 13 Aprel 2017
340 Şou
Ölkə mətbuatı
A- A+

Ailə qurduqdan sonra Türkiyəyə köçən aparıcı Gülnarə Məmmədova ötən gün tədbirlərin birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  aparıcı bir neçə günlüyünə Bakıya qayıdıb.

G.Məmmədova əməkdaşımızla söhbətində gəlişinin səbəbini açıqlayıb, qardaş ölkədəki həyatından danışıb:

"Həm gəzmək, həm də yaxınlarımı görmək üçün Bakıya gəlmişəm. Bura birdəfəlik köçməyi düşünmürəm. Mənim ailəm, həyat yoldaşım Türkiyədədir. İşlərimlə bağlı heç bir yenilik yoxdur. Bəzi təkliflər var, amma Azərbaycanda yaşamadığım üçün dəyərləndirmək çətindir. Gedib-gəlmək alınmır".

G.Məmmədova bir müddət əvvəl "Space" telekanalında yayımlanan "Türkiyədən sevgi ilə" layihəsindən və onun yarımçıq qalmasından söz açıb:

"Layihəmiz dayandı. Sponsor tərəfdən problem yaşadıq. Əslində, Türkiyəyə yeni getdiyim ərəfədə təkliflər alırdım. Mən burada televiziyadan yorulub, ayrılmışdım. Ona görə də bir müddət istirahət etmək istəyirdim. İndi isə mənə yeni həvəs gəlib".

Azərbaycanda həm də aktrisa kimi çalışan aparıcı Türkiyədə bu işlə məşğul olmağı düşünmədiyini deyib:

"Nə olsun ki, burada həm aktrisa, həm də tanınmış aparıcı idim. Türkiyədə bu çətindir. Dil baxımından da çətinliklər yaranır".

Qeyd edək ki, G.Məmmədova Özgün adlı türkiyəli iş adamı ilə ailə qurub. O, ANS telekanalında "Kamerton", "Xonça" kimi proqramlara aparıcılıq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR