"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi

"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi
13:57 13 Aprel 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt Peterburq şəhərində metroda terror aktı törətmiş Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 22 yaşlı terrorçu-intiharçı 2015-ci ilin noyabrında Türkiyəyə turist vizası ilə gəlib. Lakin viza ilə bağlı qaydaları pozduğu üçün 2016-cı ilin dekabrında deportasiya edilib.

Onun 120 gün ərzində Türkiyəyə girişinə qadağa qoyulduğu bildirilir.

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburqda metro qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR