Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar

Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar
14:22 13 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova İtaliyanın Pesaro şəhərində keçirilən beynəlxalq turnirdə (11-13 aprel) çıxış ediblər.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 10 gürzlə icra etdikləri kompozisiya ilə qızlarımız yalnız Rusiya və İsrail komandasından geri qalaraq bürünc medal əldə ediblər.

Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək medalın bir addımlığında - 4-cü yerdə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR