İstirahət mərkəzlərində qanunsuz olaraq ayı və ceyranlar saxlanılır

İstirahət mərkəzlərində qanunsuz olaraq ayı və ceyranlar saxlanılır
14:27 13 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən aprel ayının əvvəlində bir sıra istirahət mərkəzlərində reydlər keçirilib.

Milli.Az xəbər verir ki, ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl" istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu "Çənlibel" istirahət mərkəzində 2 Dağıstan turunun və Füzuli rayonu "Qarabağ" istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.
 
Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib, "Yaşıl Göl" və "Çənlibel" istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
 
"Qarabağ" istirahət mərkəzindəki heyvanların isə götürülərək Mərkəzə təhvil verilməsi üçün hazırda zəruri tədbirlər görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR