Dərsliklərə tütünün zərəri ilə bağlı mövzular salınacaq

Dərsliklərə tütünün zərəri ilə bağlı mövzular salınacaq
14:32 13 Aprel 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan təhsil müəssisələrində tədris proqramlarına tütündən (siqaretdən) istifadənin zərəri  ilə bağlı mövzular salınacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb. 
 
Qanun layihəsinin 12-ci maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla tədris proqramlarına tütün istifadəsinin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə mövzular daxil etməlidir.
 
Maddədə o da göstərilir ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsiri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR